Xızıda narkotacir saxlanılıb - FOTO

  23 Yanvar 2020    Oxunub : 1414
Xızıda narkotacir saxlanılıb - FOTO
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub. Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib. Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Azvision.az

Teqlər: DİN