İçərişəhərdə iki qəzalı bina restavrasiya olunur

  23 Yanvar 2020    Oxunub : 1793
 İçərişəhərdə iki qəzalı bina restavrasiya olunur
"İçərişəhərdə Böyük qala küçəsi 3 və 5 ünvanlarında iki qəzalı binanın restavrasiyasının bu ilin sonuna kimi tamamlanması planlaşdırılır".
Azvision.az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin evlərdə yaşayan 17 ailə müvəqqəti yaşayış yerləri ilə təmin olunub.

Ə.Ələkbərov qeyd edib ki, ilin ortalarına qədər Bakı Xanları evində yeni muzey təşkil olunacaq: "Muzeydə Bakının orta əsrlərinə virtual səyahət etmək mümkün olacaq. Bundan başqa, Qala Qoruğunda açıq səma altında və antik muzeydə sərgilər təşkil ediləcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: İçərişəhər