ABŞ-da təyyarə qəzası - Ölənlər var

  23 Yanvar 2020    Oxunub : 1570
ABŞ-da təyyarə qəzası - Ölənlər var
ABŞ-ın Kaliforniya ştatının Korona şəhəri yaxınlığında yerləşən hava limanında kiçikhəcimli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 4 nəfər ölüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Yanğınsöndürmə Xidməti məlumat yayıb.

Bildirilib ki, qəzaya səbəb təyyarənin reaktiv yanacağının alovlanması olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: ABŞ   Təyyarə