Türkiyədə zəlzələ oldu, əhali təşvişə düşdü

  23 Yanvar 2020    Oxunub : 1743
Türkiyədə zəlzələ oldu, əhali təşvişə düşdü
Türkiyədə 5.4 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, yeraltı təkanlar Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə, İstanbul və Bursa şəhərlərində də hiss olunub. Bir neçə yaşayış evində çatların əmələ gəldiyi bildirilir.

Zəlzələ əhali arasında təşvişə səbəb olub. Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, gün ərzində Türkiyədə bir neçə dəfə zəlzələ olub.

Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ