4207 cinayət işinin istintaqı tamamlanıb

  22 Yanvar 2020    Oxunub : 1611
4207 cinayət işinin istintaqı tamamlanıb
2019-cu ildə Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12163 cinayət işindən 4207-nin istintaqı tamamlanıb.
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər Prokurorluğunda 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

Onun sözlərinə görə, hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 10 milyon 477 min manat maddi ziyandan 42 %-i, yəni 4 milyon 427 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 171 min manat maddi ziyandan 95 %-i, yəni 26 milyon 795 min manatı istintaq zamanı ödətdirilib.

Azvision.az

Teqlər: Prokurorluq