Ötən il Azərbaycanda 26672 cinayət qeydə alınıb

  22 Yanvar 2020    Oxunub : 1811
 Ötən il Azərbaycanda 26672 cinayət qeydə alınıb
2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Azvision.az

Teqlər: DİN   Cinayət