Keçmiş məhkumdan narkotik götürülüb

Keçmiş məhkumdan narkotik götürülüb
  22 Yanvar 2020    Oxunub:2571
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Ələmov saxlanılıb.
DİN-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 520 qramdan artıq heroin, 265 qrama yaxın metamfetamin və 508 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti