“Qərarları ləğv edəndə özümüzü güclü hesab etmirik” - MSK sədri

“Qərarları ləğv edəndə özümüzü güclü hesab etmirik” -   MSK sədri
  22 Yanvar 2020    Oxunub:2616
"Sosial şəbəkələr cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilib. Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahr Pənahov “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə deyib.

O bildirib ki, dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur: "Məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur. Bu, o deməkdir ki, siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar çox gözəl bilir. Amma açıq şəkildə müzakirə etmək istəmirsiniz. Açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir. Biz dairə seçki komissiyasının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyyusluq yaradır. Çünki bizim keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı yaranır. Buna görə də, vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti