Məzahir Pənahov: “Demokratiya heç bir xalqın daxili işi deyil”

     Məzahir Pənahov:    “Demokratiya heç bir xalqın daxili işi deyil”
  22 Yanvar 2020    Oxunub:2721
“Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Dünyanın harasında olmasından asılı olmayaraq, bu belədir”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahr Pənahov “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə deyib.

MSK sədri bildirib ki, hansısa xoşagəlməz hal Almaniyada baş verəndə, bunu təsadüf kimi qəbul edib, problemi aradan qaldırırlar: "Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə, buna təsadüf kimi baxanlar az olur. Seçki elə bir prosesdir ki, digər maraqlı olan qurumlara ölkənin daxili işlərinə qarışmaq imkanı verir. Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti