Aİ ilə yeni saziş üzrə razılaşdırılmayan məqamlar açıqlandı

  Aİ ilə yeni saziş üzrə razılaşdırılmayan məqamlar açıqlandı
  22 Yanvar 2020    Oxunub:2827
Azərbaycan və Avropa Ittifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlər məhz ticarət və iqtisadiyyata aiddir.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında bildirib.

O, vurğulayıb ki, ötən ilin dekabrından Brüsseldə yeni Avropa komissiyası öz işinə başlayıb və Azərbaycanda dövlət strukturlarında dəyişiklər gedir. Aİ nümayəndəsi bildirib ki, yeni iqtisadiyyat nazirinin təyin edilməsi sazişin imzalanması üçün olduqca vacibdir.

"Biz yeni nazirlə danışıqları neçə aparacağımıza dair müzakirələr apardıq. Ötən ilin dekabrında Bakıda Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik üzrə dialoqun növbəti mərhələsi keçirildi. Avropa İttifaqından yüksək vəzifəli şəxslər bu dialoqda iştirak etdi və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirildi. Bu görüşdə Azərbaycan və Aİ arasında danışıqların bundan sonra necə aparılmasına dair müzakirələr aparıldı"

K. Yankauskas hesab edir ki, yaxın gələcəkdə yeni sazişə dair ya məsləhətləşmələr, ya da danışıqların yeni mərhələsi həyata keçiriləcək.

"Biz ümid edirik ki, tərəfdaşlıq sazişini imzalayacağıq. Düzdür, bunun üçün konkret tarix yoxdur. Lakin hər iki tərəf ən qısa zamanda danışıqların yekunlaşdırmasına və imzalanmasına səylər göstərir".

Aytən Zəhra
Azvision.az


Teqlər:   Saziş  





Xəbər lenti