“İlin sonunadək siyahıyaalma prosesi başa çatacaq” - Komitə sədri

 “İlin sonunadək siyahıyaalma prosesi başa çatacaq” -    Komitə sədri
  22 Yanvar 2020    Oxunub:3066
"Siyahıyaalma bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirilir. Əhalinin kənarda qalması müəyyən faiz ola bilər. Amma son vaxtlar tətbiq olunan texnologiyalar əsasında siyahıyaalma ənənəvi üsulları ilə yanaşı, inzibati məlumat mənbələrindən istifadə yolu ilə də həyata keçirilir"
Azvision.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə siyahıyaalma zamanı təsərrüfat başına uçot kitablarından istifadə olunub.

"İlin sonuna qədər siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətlər əsasında hamısının siyahıyaalınmasını təmin etdik. 251 nəfər operator müvəqqəti müddətli müqavilə əsasında işə cəlb olunub. Hazırda da həmin operatorlar tərəfindən siyahıyaalma materiallarının məlumat bazasına daxil edilməsi prosesi həyata keçirilir. Bu ilin sonunadək proses başa çatdırılacaq".

Komitə sədri qeyd edib ki, bundan sonra proqram əsasında müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınmasına başlanılacaq və bu proses bir il davam edəcək: "Yekun olaraq təxminən 30 cilddən ibarət siyahıyaalmanın nəticələrini əks etdirən məcmuə nəşri ilə bu prosesə son veriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: DSK   Sədr  





Xəbər lenti