MSK sədri: “Parlamentdə bir yerə 10-12 namizəd var”

    MSK sədri:  “Parlamentdə bir yerə 10-12 namizəd var”
  22 Yanvar 2020    Oxunub:3477
“Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, namizədliyi qeydə alınan şəxslərin bir qismi ənənəvi olaraq bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər:
“Biz istərdik ki, namizədlər mübarizəni indi dayandırmasın. Amma bu, bütün dünya praktikasında olan, xüsusi keçmiş postsovet ölkələrində, Şərqi Avropa ölkələrində tez-tez baş verən hallardır. Son finiş xəttinə yanaşanda, adların bülletenlərə daxil olma mərhələsində namizədlərin müəyyən qədəri öz namizədliklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qism namizədliyini geri götürsə də, parlamentdə bir yerə 10-12 namizəd var".

MSK sədri qeyd edib ki, fevralın 9-da səsvermə zamanı seçicilər bülletenlərdə Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər: "19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçılar arasındadır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Sədr  





Xəbər lenti