Aİ-dən seçki açıqlaması: “Azərbaycanın dəvətini alqışlayırıq”

   Aİ-dən seçki açıqlaması:    “Azərbaycanın dəvətini alqışlayırıq”
  22 Yanvar 2020    Oxunub:2638
Seçkilər hər bir ölkədə keçirilən normal prosesdir. Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında bildirib.

O, vurğulayıb ki, Aİ Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan, eləcə də Avropa Şurasından müşahidəçiləri dəvət etməsini alqışlayır.

"Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək. Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".

Aytən Zəhra
Azvision.az



Teqlər:   Seçki   Parlament  





Xəbər lenti