AŞPA-nın müşahidə missiyası Azərbaycana gəldi

AŞPA-nın müşahidə missiyası Azərbaycana gəldi
  22 Yanvar 2020    Oxunub:2888
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı müşahidə missiyasının Azərbaycana səfəri başlayıb.
Azvision.az xəbər verir ki, müşahidə missiyası növbədənkənar parlament seçkiləri ərəfəsində ölkədəki siyasi atmosferi öyrənmək və qiymətləndirmək məqsədilə 22-23 yanvar tarixlərində Bakıda bir sıra görüşlər keçirəcək.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak da missiyaya daxildir.

O, “Twitter” səhifəsində yazıb ki, artıq nümayəndə heyəti Azərbaycandadır və rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri, media, parlament və ondan kənar partiyaların təmsilçiləri ilə görüşəcəklər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AŞPA   Seçki   Müşahidə   Missiya  





Xəbər lenti