Koronavirusdan ölənlərin sayı artıb

  22 Yanvar 2020    Oxunub : 1819
Koronavirusdan ölənlərin sayı artıb
Çində yeni növ koronavirusdan ölənlərin sayı doqquz nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 440 nəfərdən çox insanda bu xəstəliyə yoluxma qeydə alınıb.

"Bu günə qədər Çində yeni növ koronavirusuna yoluxanların sayı 440-a çatıb, doqquz nəfər isə ölüb”, - deyə ölkənin Gigiyena və sağlamlıq komitəsinin sədr müavini Li Bin bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin   Virus   Ölüm