FHN: Universitetdə yanğın baş verməyib

  21 Yanvar 2020    Oxunub : 1793
 FHN: Universitetdə yanğın baş verməyib
Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Neft və Sənaye Universitetində yanğın olması barədə məlumata münasibət bildirib.
Azvision.az xəbər verir ki, FHN-in Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın sözlərinə görə, yanğın barədə məlumat öz təsdiqini tapmayıb.

"Hadisə barədə bizə məlumat daxil olub, əraziyə yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, ərazidə heç bir yanğın hadisəsi baş verməyib".

Azvision.az

Teqlər: FHN   Yanğın