Aydın Əliyev vətəndaşları qəbul edəcək

Aydın Əliyev vətəndaşları qəbul edəcək
  22 Dekabr 2013    Oxunub:1061
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 27-də Yevlax Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, saat 11-də başlayacaq qəbulda bölgədə yerləşən Mingəçevir şəhərindən, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Ucar rayonlarından olan vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.


Teqlər:  





Xəbər lenti