Azərbaycan əhalisinin sayı açıqlandı

  21 Yanvar 2020    Oxunub : 1550
 Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin son sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

Azvision.az

Teqlər: Əhali   Statistika