Müdafiə naziri Qəhrəmanlar meydanını ziyarət edib

Müdafiə naziri Qəhrəmanlar meydanını ziyarət edib
  21 Yanvar 2020    Oxunub:1702
Gürcüstanda rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də Tbilisi şəhərində yerləşən Qəhrəmanlar meydanındakı Gürcüstanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorialı ziyarət edib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri abidənin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri davam edir.



Azvision.az


Teqlər: Müdafiənaziri   ZakirHəsənov  





Xəbər lenti