MSK sədri yerli müşahidəçilərin sayını açıqlayıb

   MSK sədri yerli müşahidəçilərin sayını açıqlayıb
  21 Yanvar 2020    Oxunub:2463
"2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar qeydiyyatdan indiyə qədər 30 min 231 yerli müşahidəçi keçib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, onlardan 1012-i MSK-da, 29 min 219 nəfəri isə DSK-larda qeydiyyatdan keçib.

M.Pənahov qeyd edib ki, proses davam edir və yerli müşahidəçilərin də sayı artacaq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Müşahidəçi   Parlament   Deputat  





Xəbər lenti