Bakıda oğrular iş başında tutuldu

Bakıda oğrular iş başında tutuldu
  21 Yanvar 2020    Oxunub:2932
Yanvarın 19-da saat 21 radələrində Səbail rayonu A.Zeynallı küçəsində “Volvo” markalı avtomobildən oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxsin paytaxt sakini X.Mustafayev olduğu müəyyən edilib və o, 9-cu Polis Bölməsinə təhvil verilib.

Bundan başqa yanvarın 20-də saat 2 radələrində Masazır qəsəbəsindəki qorunan evlərin birindən Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərənlər - Göyçay rayon sakini N.Kərimov və Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nərimanov saxlanılaraq Abşeron RPİ-yə təhvil veriliblər. Hər iki faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti