Polis 5 nəfərdən silah götürüb

Polis 5 nəfərdən silah götürüb
  21 Yanvar 2020    Oxunub:2829
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini N.Nəsirovun idarə etdiyi “Daewoo” markalı avtomobildən “Steçkin” markalı avtomat-tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mayılovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülüb.

Eyni zamanda Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qaz tapançası, Biləsuvar rayon sakini R.Əmənovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi və Kürdəmir rayon Muradxan kənd sakini Q.Talıbovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti