Bakıdakı ən qədim Hun qəbiristanlığı - FOTOREPORTAJ

  21 Yanvar 2020    Oxunub : 12562
 Bakıdakı ən qədim Hun qəbiristanlığı - FOTOREPORTAJ
Bakının Buzovna qəsəbəsində yerləşən Hun qəbiristanlığı qədim tarixə malikdir. Bəzi məlumatlara görə, qəbiristanlığın tarixi eramızdan əvvəl III əsrə təsadüf edir. Burada qədim qəbirlər, sərdabələr və bir də türbə mövcuddur.
İçərisində 3 qəbir olan tikili Xəlifə Əli və Məhəmməd Mömin türbəsi adlanır. Təxminən 350 ildən çox yaşı olan türbə Səfəvi hökmdarı Bahadır xanın hakimiyyəti dövründə inşa edilib.

Tarixçilərin sözlərinə görə, abidənin tarixi 1641-ci ilə gedib çıxır. Səfəvilər dövründə Bahadır xan xəlifəlik rütbəsini təyin edib. Buzovnaya Əli xəlifə təyin olunub. Sözügedən məkan Əlinin oğlu Məhəmməd Möminin türbəsidir. Burada Xəlifə Əlinin və oğlu Məhəmməd Möminin qəbirləri yerləşir.

Azvision.az-ın qədim Hun qəbiristanlığından hazırladığı fotoreportajı təqdim edirik:





















Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Buzovna   Türbə   Tarix