"INNOLAND"də növbəti Demo Day təşkil olunub - FOTOLAR

  21 Yanvar 2020    Oxunub : 1751
"INNOLAND"də növbəti Demo Day təşkil olunub - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş - “Demo Day” təşkil olunub.
Afentlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri iştirak ediblər. “Demo Day”də bir neçə fəaliyyət istiqamətini əhatə edən, ümumilikdə 12 startap çıxış edib.



“INNOLAND”in “Bakcell”lə birgə həyata keçirdiyi 1-ci İnkubasiya proqramından "Fonibo", "Bon.az" və "Towaves" startapları, “AzerGold QSC” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramından "Join 2b2", "Buqelemun", "Təmiz hava" və "Günəş Bioqaz" startapları və “Bank Respublika” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramından "Bank off", "Paylink", "Fintrack", "One Point" və "Dama Dama" startapları investorlar qarşısında öz təqdimatlarını edib.



Startapçılar çıxışlarında “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.



“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.










Azvision.az


Teqlər: INNOLAND