50-ci Davos İqtisadi Forumu işə başlayır

  21 Yanvar 2020    Oxunub : 2546
 50-ci Davos İqtisadi Forumu işə başlayır
Bu gün İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işə başlayacaq.
Azvision.az xəbər verir ki, 21-24 yanvar tarixlərində keçiriləcək iqtisadi foruma 117 ölkədən 3 min siyasətçi, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər qatılacaq.

Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclasın keçirilməsi planlaşdırılır. Ümumilikdə builki Davus forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.

Azvision.az

Teqlər: Davos   Forum