Amerikalı konqresmendən 20 Yanvarla bağlı bəyanat
Konqres üzvü “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qanlı Yanvar” hesabatına istinad edərək Bakıya hücum zamanı tibb personalına, təcili tibbi yardım maşınlarına, hətta xəstəxanalara edilən hücumlar daxil olmaqla ən pis insan hüquqları pozuntularına yol verildiyini vurğulayıb. Bu hadisənin hesabatda Sovet ordusunun yalnız Azərbaycanda deyil, eləcə də digər Sovet İttifaqı respublikalarında millətçilərə qarşı bir xəbərdarlıq olduğu qeyd olunub.
Bəyanatda eyni zamanda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələri tam şəkildə qurduğu və bu əlaqələrin indiyədək davam etdiyi vurğulanıb. Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiqlər olduğunu, qlobal və regional səviyyədə ümumi maraqları bölüşdüyünü bildirib.
Sonda İşçi Qrupumuzun həmsədri Azərbaycanın müstəqilliyi, azad bazar iqtisadiyyatı və demokratik dəyərlər uğrunda həyatını qurban vermiş şəxsləri bir daha yad edərək həmkarlarını bu faciəvi günü anmağa çağırıb.
Azvision.az
Teqlər: ABŞ Konqres 20-Yanvar Bəyanat