Özbəkistan hökuməti istefa verdi

   Özbəkistan hökuməti istefa verdi
  21 Yanvar 2020    Oxunub:3508
Özbəkistan hökuməti tam tərkibdə istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Abdulla Aripov açıqlamasında bildirib.

Nazirlər Kabineti üzvlərinin Özbəkistan Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa verdikləri qeyd olunub. Diqqətə çatdırılıb ki, hökumət Özbəkistan prezidentinin qərarına uyğun olaraq, yeni kabinet formalaşana qədər işini davam etdirəcək.

Yeni hökumətin yaxın günlərdə formalaşdırılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Özbəkistan   Hokumət   İstefa  





Xəbər lenti