“Heydər Əliyev hakimiyyətdə olsaydı, 20 Yanvar faciəsi baş verməzdi” - Oljas Süleymenov

  20 Yanvar 2020    Oxunub : 2985
 “Heydər Əliyev hakimiyyətdə olsaydı, 20 Yanvar faciəsi baş verməzdi” - Oljas Süleymenov
“1990-cı il 20 yanvar Azərbaycan və şəxsən mənim üçün xatirə günüdür. Orada olduğum üçün şanslı olduğumu söyləyə bilməyəcəm. Çünki, o acılı -ağrılı günlər ömürlük xatirəmə həkk olundu. Biz “Qara Yanvar”ı “müstəqilliyə aparan yol” adlandırırıq. Amma bu cür faciələr tarixdə, qəlblərdə, düşüncələrdə xoş iz buraxmır”
Azvision.az xəbər verir ki, bunu 20 Yanvar hadisələrinin canlı şahidi, Azərbaycanın böyük dostu, Qazaxıstanın nüfuzlu dövlət xadimi, yazıçı Oljas Süleymenov deyib.

O bildirib ki, bu cür vandallıq aktları qəlblərdə və düşüncələrdə xoş iz buraxmasa da, bizə tarixdən dərs çıxarmağı öyrədir:

"Bu gün bənzər hadisələr dünyanın bəzi ölkələrində davam edir. Bakıda olanlardan dərs çıxarmaq lazımdır. O dövrdə Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid olunmasından, təqiblərə məruz qalmasından istifadə edən qüvvələr Azərbaycanda “Qanlı yanvar” faciəsini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini törətdilər. Düşünürəm ki, dünyanın nadir siyasət adamlarından olan Heydər Əliyev hakimiyyətdə olsaydı, onun uzaqgörənliyi ilə bütün bu hadisələr baş verməzdi və müstəqlliyə aparan yol tamamilə başqa cür ola bilərdi. “Qanlı Yanvar” hadisələri Heydər Əliyevin Azərbaycana, qəlbən bağlı olduğu doğma xalqının taleyinə və ağrı-acılarına əsl övlad münasibətini bir daha bariz şəkildə ortaya qoydu”.

Azvision.az

Teqlər: OljasSüleymenov