Rusiyada keçiriləcək referendumun ilkin tarixi açıqlandı

  20 Yanvar 2020    Oxunub : 1399
 Rusiyada keçiriləcək referendumun ilkin tarixi açıqlandı
Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumu 12 aprel tarixində keçirilə bilər.
Azvision.az RBK-ya istinadla xəbər verir ki, bu, Kremldə müzakirə edilən və ən çox ehtimal olunan tarixdir.

“26 aprel də müzakirə olunur ki, ancaq bu, daha az ehtimal edilən tarixidir. 19 aprel - bazar günü səsvermə üçün əlverişsizdir, çünki pravoslavların Pasxa gününə düşür”, - Kremlə yaxın mənbə bildirib.

Həmçinin, vurğulanıb ki, referendum Əsas Qanuna edilən dəyişikliklərin Dövlət Duması və Federasiya Şurası tərəfindən qəbul edilməsindən sonra keçiriləcək, lakin bölgələrin qanunverici məclislərinin ən azı üçdə ikisi də Konstitusiyaya düzəlişlərin qəbul edilməsini dəstəkləməlidir. Ümumilikdə Kreml referendumun mümkün qədər tez keçirilməsini istəyir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Referendum