Zərif Davosa getməkdən imtina edib

  20 Yanvar 2020    Oxunub : 1422
 Zərif Davosa getməkdən imtina edib
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirakdan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

"İranın Xarici İşlər nazirinin Davosdakı iqtisadi forumda iştirak etmək üçün İsveçrəyə yollanacağı planlaşdırılırdı. Ancaq rəsmi dəvətə baxmayaraq, nazirin proqramında dəyişiklik olub, buna görə də səfər reallaşmayacaq", - deyə Musəvi əlavə edib.

O, Zərifin Davos səfərdən imtina etməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, yanvarın 21-dən 24-dək Davosda yubiley, 50-ci Dünya İqtisadi Forumu keçiriləcək. Forumda 600-dən çox məruzəçinin iştirak edəcəyi, 400-ə yaxın sessiyanın keçiriləcəyi gözlənilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Davos   Forum