Seçkidə iştirak edən partiyaların sayı açıqlanıb

  19 Yanvar 2020    Oxunub : 2408
 Seçkidə iştirak edən partiyaların sayı açıqlanıb
İndiyə qədər deputatlığa namizədliyi qeydə alınanlardan 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxslərdir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb: “1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə irəli sürənlərin 100 nəfəri siyasi partiya üzvləridir”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Deputat   Namizəd   Partiya