1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

  19 Yanvar 2020    Oxunub : 2595
 1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini geri qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Deputat   Namizəd