MSK DSK-nın qərarını ləğv edib, namizədi qeydə aldı

  19 Yanvar 2020    Oxunub : 2243
 MSK DSK-nın qərarını ləğv edib, namizədi qeydə aldı
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, bu barədə MSK-nın üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, R.Həsənovun namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı əsassızdır.

MSK üzvünün sözlərinə görə, araşdırma nəticəsində namizədliyini irəli sürmüş şəxsə məxsus olduğu iddia edilən avtomobilin sadəcə, onun istifadəsində olduğu sənədlərlə təsdiq olunub.

MSK DSK-nın qərarını ləğv edib və R.Həsənovun deputatlığa namizədliyi qeydə alınıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   DSK   Seçki   Parlament   Deputat