Bakıda 14 yaşlı qızı maşın vuraraq öldürüb

  18 Yanvar 2020    Oxunub : 1827
Bakıda 14 yaşlı qızı maşın vuraraq öldürüb
Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN