Şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

  18 Yanvar 2020    Oxunub : 1991
 Şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
"Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib: "MSK-nın qərarı nəticəsində DSK-ların qərarlarından şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Şikayət