Polislər yolda qalan sürücülərə kömək etdi - FOTOLAR

  18 Yanvar 2020    Oxunub : 1974
Polislər yolda qalan sürücülərə kömək etdi - FOTOLAR
Dağlıq rayonlarda qarlı hava şəraitində polis əməkdaşları öz xidmətini yüksək səviyyədə həyata keçirir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xüsusilə də qarın daha çox yağdığı ərazilərdə gecəli-gündüzlü xidmət aparılır. Məktəblərin qarşısında hərəkətin təhlükəsizliyini təmin edilməsinə xüsusi diqqət edilir.



Şagirdlərin yolu keçməsinə, onların sağ-salamat evə çatmasına köməklik göstərilir. Eləcə də yollarda qalan sürücülərə hərəkətlərinə davam etmələri üçün yol polisi əməkdaşları yardımçı olur.




Azvision.az

Teqlər: Polis