Makron və xanımı etirazçılara görə təxliyə edildi

  18 Yanvar 2020    Oxunub : 2205
 Makron və xanımı etirazçılara görə təxliyə edildi
Fransa Prezidenti Emmanuel Makron təcili olaraq Paris teatrından çıxarılıb. Buna səbəb isə etirazçıların binaya girməyə çalışması olub. Azvision.az “RİA-Novosti”yə istinadla xəbər verir ki, Makron və həyat yoldaşı Bricit Makron Parissəki “Bouffe du Nord” teatrına gəliblər.
Bundan sonra nümayişçilər binaya daxil olmağa cəhd göstəriblər. Onlar pensiya islahatlarına etiraz olaraq şüarlar səsləndiriblər. Aksiya iştirakçılarının hüquq-mühafizə orqanları tərəfindən uzaqlaşdırılmasına baxmayaraq, prezidentin təxliyəsi barədə qərar qəbul edilib.

Makronun əhatəsində olan mənbənin sözlərinə görə, prezident etirazçıların hərəkətlərinə baxmayaraq həyat yoldaşı ilə birlikdə teatrlara gedəcəyinə söz verib: "Prezident həyat yoldaşı ilə birlikdə adəti üzrə teatra getməyə davam edəcək".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Fransa