Dövlət qulluğuna qəbul qaydası dəyişdi

  18 Yanvar 2020    Oxunub : 2373
 Dövlət qulluğuna qəbul qaydası dəyişdi
Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na dəyişiklik edib.
Azvision.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Prezidentinin 2017-ci il 21 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” 2019-cu il 19 iyul tarixli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 1.1-ci bəndində “yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və” sözləri “Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və” sözləri ilə əvəz olunub və həmin bəndə “təsnifatına” sözündən sonra “(Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla)” sözləri əlavə edilib.

Azvision.az

Teqlər: Dövlət-Qulluğu