Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub

  17 Yanvar 2020    Oxunub : 1697
 Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub
Bakı şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi baş verib.
Azvision.az xəbər verir ki polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb. Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.


Azvision.az

Teqlər: BŞBPİ