Qarabağ nizamlanmasında irəli getmək mümkün olmayıb - Lavrov

  17 Yanvar 2020    Oxunub : 1898
 Qarabağ nizamlanmasında irəli getmək mümkün olmayıb - Lavrov
“2019-cu ildə Dağlıq Qarabağ probleminin nizamlanmasında nəzərəçarpacaq dəyişiklər baş verməyib".
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri vəzifələrini icra edən Sergey Lavrovun ötən il Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Lavrov vurğulayıb ki, 2019-cu ilin martında Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmaları inkişaf etdirmək üçün 2019-cu ilin aprelində Moskvada keçirilən görüşdə xarici işlər nazirlərinin şərtləşdikləri “kiçik addımlar”ın reallaşmasında irəliləyiş var. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Yerevanla Bakı arasında “qaynar xətt” əlaqəsi fəaliyyət göstərir. Jurnalistlərin mübadiləsi həyata keçirilib, əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıb. Digər məhbuslar barəsində iş davam edir, Qırmızı Xaç Komitəsi bu işə qoşulub.

Onun sözlərinə görə, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq istiqamətində konkret addımlar atmaq niyyətlərini təsdiq edir:

"Lakin nizamlanmanın mahiyyəti məsələlərinə dair hələlik irəli getmək mümkün olmayıb. Bu mövzu Sergey Lavrovun yaxın günlərdə Yerevana və Bakıya səfərləri zamanı müzakirə edilib. Ümid edirik ki, yaxın vaxtlarda tərəflər arasında mövzu ətrafında danışıqlar bərpa olunacaq. Öz tərəmizdən Minsk qrupunun fransalı və amerikalı həmsədrləri ilə birlikdə gərəkli dəstək göstərəcəyik”.

Azvision.az



Teqlər: Rusiya   XİN