MSK DSK-nın qərarını ləğv edib

  17 Yanvar 2020    Oxunub : 1655
MSK DSK-nın qərarını ləğv edib
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının (DSK) qərarını ləğv edib.
Azvision.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürmüş Müsavat partiyasının üzvü Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.

Bildirilib ki, namizəd sənədləri DSK-ya vaxtında təqdim edib və onun namizədliyinin qeydə alınmaması üçün heç bir əsas yoxdur, sadəcə DSK namizədin qeydə alınmaması ilə bağlı qərarı namizədə verməyib. Bunu onunla əsaslandırıb ki, iş qrafiki gərgin olub və namizədi qeydə ala bilməyib.

Daha sonra DSK-nın qərarı ləğv edilib və Nəsirov Niyaz Eynulla oğlunun namizədliyi qeydə alınıb.

İclasda 15 saylı Yasamal I seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Məmmədli Elcan Vəliməmməd oğlunun da müraciətinə baxılıb.

İclasda çıxış edən E.Məmmədli DSK-ya təqdim etdiyi imza vərəqələrində hərf səhvləri olduğunu qeyd edib.

Səhvlər texniki olduğundan MSK DSK-nın qərarını ləğv edib və E.Məmmədlinin namizədliyi qeydə alınıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki