Zığ yolunda da sürət həddi endirilib

  17 Yanvar 2020    Oxunub : 1812
 Zığ yolunda da sürət həddi endirilib
Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, dəyişikliyə əsasən, magistralda maksimal sürət həddi 110 km/saat müyyən edilib.

Sürücülərdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, bu gündən Heydər Əliyev prospekti- (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba yolunda da sürət həddi endirilib.

Azvision.az

Teqlər: BNA