Lənkəranda qəzaya düşən şəxs xilas edilib

  16 Yanvar 2020    Oxunub : 2249
Lənkəranda qəzaya düşən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Zövlə kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza