Aprel şəhidlərinin xatirəsinə abidə kompleksi ucaldılıb - FOTOLAR

  16 Yanvar 2020    Oxunub : 1606
Aprel şəhidlərinin xatirəsinə abidə kompleksi ucaldılıb - FOTOLAR
Biləsuvar rayonunda 2016-cı il Aprel şəhidlərinin əziz xatirəsinə ucaldılmış “Zəfərə aparan yol” abidə kompleksinin açılış mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, mərasimdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Ordusu yüksək döyüş keyfiyyətlərinə malik olan dünyanın ən güclü ordularından biridir. Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərib.



Tədbirdə qeyd olunub ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edib. Xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi düşmüş bu döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igid əsgərimiz də var. Onların arasında Biləsuvarlı qəhrəman əsgərlərimiz Fərahim Nadir oğlu Novruzov, Hüseyn Zeynal oğlu Dəmirli, Murad Vaqif oğlu Məmmədov, Biləsuvar rayonu ərazisində məskunlaşmış, əslən Cəbrayıl rayonundan olan çavuş Ruhim Əşrəf oğlu Qəhrəmanov və Fariz Şamil oğlu Cavadov da igidlik göstərərək şəhid olublar.



Abidə kompleksinin hazırlanmasında iştirak edən bir qrup şəxs Biləsuvar rayon İcra Hakimiyyətinin və N saylı hərbi hissənin fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar.











Azvision.az

Teqlər: Biləsuvar   Şəhid