“Liderlərin görüşündən danışmaq hələ tezdir” - Mnatsakanyan

 “Liderlərin görüşündən danışmaq hələ tezdir” -  Mnatsakanyan
  16 Yanvar 2020    Oxunub:2804
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi barədə danışmaq hələ tezdir.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib. O hesab edir ki, İrəvan tərəfi heç vaxt danışıqlardan çəkinmir və həmişə "fəal" şəkildə iştirak edir.
Mnatsakanyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşünün tarixi eyni vaxtda açıqlanacaq.

Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşü 2019-cu il dekabrın 4-də Bratislavada baş tutub. Bundan sonra Elmar Məmmədyarov növbəti görüşün 2020-ci ilin yanvarına planlaşdırıldığını söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   XİN   Görüş  





Xəbər lenti