Haftar Berlin konfransında iştirak edəcək

Haftar Berlin konfransında iştirak edəcək
  16 Yanvar 2020    Oxunub:2370
Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar ölkədəki böhranın nizamlanması üzrə Berlin konfransında iştirak edəcək .
Azvision.az xəbər verir ki, bu barədə "əl-Hadas" telekanalı məlumat yayıb.

Yanvarın 19-da Berlində Rusiya, ABŞ, Türkiyə, Misir, Avropa İttifaqı, BMT və digər ölkələrin nümayəndələrinin iştirakı ilə konfrans keçiriləcək. Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarrac və marşal Xəlifə Haftar da tədbirə dəvət olunublar. Sarrac tədbirdə iştirakını təsdiqləyib.

"Xəlifə Haftar Berlindəki konfransda iştirak edəcək. O, bunu Almaniyanın xarici işlər naziri ilə telefon danışığında söyləyib", - deyə kanal bəyan edib.

Berlin konfransı Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Moskvada Liviya mövzusunda keçirilən danışıqlardan sonra baş tutacaq.

Xatırladaq ki, Haftar Moskvanı Sarrac hökuməti ilə atəşkəs razılaşması imzalamadan tərk edib. Bunu bəzi şərtlərinin qəbul edilməməsi ilə əlaqələndirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Haftar   Liviya   Berlin  





Xəbər lenti