Gəncədə azyaşlılara siqaret satanlar cərimələndi

Gəncədə azyaşlılara siqaret satanlar cərimələndi
  16 Yanvar 2020    Oxunub:3255
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə mağaza aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.

Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq bundan sonra da davam etdiriləcək.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti