163 min sənədsiz əmlakla bağlı araşdırma aparılıb

 163 min sənədsiz əmlakla bağlı araşdırma aparılıb
  16 Yanvar 2020    Oxunub:4548
Bakı şəhərində 163 000 sənədsiz daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşıb.
Azvision.az xəbər verir ki, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib. Onun sözlərinə görə, digər şəhər və rayonlarda 74 600 sənədsiz daşınmaz əmlak yerli komissiyalar tərəfindən araşdırılıb.

"Ümumilikdə, Bakı şəhəri daxil olmaqla respublika üzrə 57 rayon və şəhərdə işlər aparılıb. İşlər cari ilin aprel ayına qədər tamamlanacaq. Ondan sonra müvafiq materiallar Prezident Administrasiyasına təqdim olunacaq və tikililərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq".

R.Şahbazov qeyd edib ki, sənədləşmə neft kontraktları ərazilərinə və infrastuktur sahələrinin mühafizə zolaqlarına düşməyən tikililərə aiddir.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti