Bu gün Duma Mişustinin namizədliyinə baxacaq
Qeyd edək ki, Rusiya hökuməti dünən axşam istefaya getdiyini bəyan edib. Bir qədər sonra isə prezident Vladimir Putin bütün hökumət üzvləri ilə görüşüb və yeni kabinet formalaşana qədər onlardan vəzifələrini tam şəkildə icra etməyi istəyib. Hazırda Baş Nazir vəzifəsi müvəqqəti olaraq Medvedevə həvalə edilib.
Həmin gün axşam Putin Federal Vergi Xidmətinin rəhbəri ilə görüş keçirib və ona Baş Nazir vəzifəsini təklif edib. Mişustinin razılığı alındıqdan sonra onun namizədliyinə baxılması üçün Dövlət Dumasına göndərilib.
Pərvanə Sultanova
Azvision.az