ABŞ və Çin arasında tarixi saziş imzalandı

   ABŞ və Çin arasında tarixi saziş imzalandı
  16 Yanvar 2020    Oxunub:4107
ABŞ və Çin arasında ticarət sazişinin birinci mərhələsinə dair sənəd imzalanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədlər paketini ABŞ Prezidenti Donald Tramp və Çinin Dövlət Şurasının Baş Nazirinin müavini Lyu He imzalayıb. Sazişin detalları hələlik açıqlanmayıb.

Donald Tramp iki ölkə arasında imzalanan sazişi tarixi sənəd adlandırıb. Onun sözlərinə görə, ticarət sazişi keçmişdən qalan bəzi çatışmazlıqları aradan qaldıracaq.

Bundan əvvəl isə Ağ evin Milli iqtisadi şurasının rəhbəri Lourens Kudlou bildirib ki, ABŞ Pekinin ticarət sazişinin birinci fazasında müəyyən olunmuş öhdəliklərə sadiq qaldığına əmin olmaq üçün Çinin bəzi mallarına rüsumları saxlayacaq.

Azvision.az



Teqlər: ABŞ   Çin   Tramp   Saziş  





Xəbər lenti